AZ

"Yumşaq fiskal siyasət idxal inflyasiyasına qarşı effektiv vasitədir" - iqtisadçı-ekspert

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə Azərbaycanda fiskal siyasətin inflyasiya ilə mübarizədə əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ölkədə mövcud inflyasiya monetar deyil, idxal inflyasiyası olduğundan daxili bazarın qorunması və istehlakın stimullaşdırılması üçün yumşaq fiskal siyasətdən istifadə edilməlidir.

"Qeyd etmək lazımdır ki, vergi siyasəti fiskal siyasətin əsas istiqamətlərindən biridir və təbii ki, bu gün dünya iqtisadiyyatında formalaşan inflyasiya fonunda müxtəlif ölkələr həm monetar, həm də fiskal rıçaqlardan istifadə edirlər. Azərbaycanda mövcud olan inflyasiya monetar inflyasiya olmadığından, yəni pul təklifinin bolluğundan formalaşan bir inflyasiya olmadığından Azərbaycanda formalaşan inflyasiya idxal inflyasiyası olduğundan bu inflyasiyanın qarşısını almaq üçün, o cümlədən daxili bazarın qorunması və istehlakın stimullaşdırılması üçün yumşaq fiskal siyasətdən istifadə edilməsi olduqca zəruridir".

Ekspert həmçinin bildirib ki, son dönəmlərdə mədəniyyət sektoru vergi güzəştlərinin tətbiqinə başladılıb, bunun önəmli səbəbləri var: "Birincisi, mədəniyyət sektorunda bir canlanmanı formalaşdırmaq üçün bu sektora insanları cəlb etmək üçün istifadə oluna bilir və digər tərəfdən, təbii ki, bu fiskal yumşalmalar həmin sektorun uzunmüddətli perspektivdə inkişafını səciyyələndirir və analoji olaraq məhz belə vergi güzəştlərinin digər sektorlarda tətbiq edilməsi ölkə iqtisadiyyatının bir kompleks olaraq yumşaldılması, ölkə iqtisadiyyatının kompleks olaraq inkişafına gətirib çıxarda bilər. Təbii ki, büdcə, yumşaq fiskal siyasət çərçivəsində büdcə xərclərinin artırılması və ver tətbiq edilməsi məhz bizim ölkəmizə xas olan bizim ölkəmizin spesifikasına uyğun olan antiinflyasiya tədbiri kimi çıxış edə bilir".

 

Pərvanə Fərhadqızı

Seçilən
29
qht.az

1Mənbələr