"Liverpul" "Real"ın 24 yaşlı yarımmüdafiəçisi Rodriqo ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbələr iddia edir ki, komandanın baş məşqçisi Arne Slot üçün braziliyalı vinger Məhəmməd Salahın əvəzedicisi ola bilər. Rodriqonun gənc olması və inkişaf perspektivləri onu ingilis klubu üçün sərfəli edir.
Salahın müqaviləsi yayda başa çatır. Misirli ulduzun özünün dediyinə görə, "Liverpul" rəhbərliyi onunla sözləşmənin uzadılması üçün hələ danışıqlar aparmır. Nəticədə Rodriqo qarşıdan gələn yay transfer pəncərəsində komandanın əsas transfer hədəflərindən birinə çevrilə bilər.