AZ

Baş nazirin iqamətgahına girmək istədi: Tutuldu

Belçikanın Baş naziri Alexander De Kronun rəsmi iqamətgahına girməyə cəhd edən bıçaqlı hücumçu yaxalanıb.

"Cebheinfo.az" xəbər verir ki, De Kro "X" hesabında verdiyi açıqlamada bıçaqlı bir şəxsin baş nazirin iqamətgahına girməyə cəhd etdiyini və polisin təsirli müdaxiləsi nəticəsində yaxalandığını açıqlayıb.

Xəsarət alan olmadığını deyən De Kro hadisənin araşdırıldığını bildirib.

İyunun 9-da Belçikada keçirilən ümumi seçkilərdən sonra seçkidə uduzan və istefa verən De Kro yeni hökumət qurulana qədər bu vəzifəni davam etdirir.

Seçilən
36
cebheinfo.az

1Mənbələr