AZ

Boşanmadan əmlak bölgüsü etmək mümkündür?

Son aylarda Azərbaycanda müzakirə olunan mövzulardan biri də boşanmalar və alimentdir.  

Ölkə qanunvericiliyinə əsasən, tərəflər boşanmadan da bir-birindən aliment ala bilərlər.

Bəs qanunvericilikdə boşanmadan əmlak bölgüsü etmək mümkündür? Ümumiyyətlə, qanunda belə bir şey var, varsa bu proses necə irəliləyir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında vəkil İsrafil Əlili bildirib ki, boşanmadan da əmlak bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırmaq olar:

“Əmlak bölgüsü etmək üçün boşanmağa ehtiyac yoxdur. Əmlakı nikah dövründə, boşanmadan bilavasitə əvvəl yaxud xeyli əvvəl və ya gələcəkdə boşanma olmasa belə, əmlakı ər və arvad aralarında sazişlə bölə bilərlər. Həmçinin, boşanma ilə bərabər bu iddianı qaldırmaq mümkündür. Belə ki, qarşı tərəf məhkəmədə iddia qaldıraraq əmlak bölgüsü tələb edə bilər”.

Vəkil qeyd edib ki, ailə məcəlləsində ər-arvad arasında əmlak bölgüsü ilə bağlı 3 illik iddia müddəti tətbiq olunmuşdur:

“Boşandıqdan sonra da əmlak bölgüsü ilə bağlı iddia qaldırmaq mümkündür. Bütün vətəndaşlara tövsiyəmiz odur ki, boşanma haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 il ərzində bu iddianı qaldırsınlar”.  

Seçilən
35
cebheinfo.az

1Mənbələr