AZ

Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları idxalını 30% artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana116,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracedilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü iləmüqayisədə 27,1 milyon ABŞ dolları və ya 30,1% çoxdur.

Dövr ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 3,78%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycandan ən çoxqeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, dövr ərzindəbu ölkə Azərbaycandan 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neftməhsulları idxal edib. Bu, Azərbaycanın ümumi ixracına nisbətən34,55%-i həcminə bərabər olub.

Seçilən
64
1
az.trend.az

10Mənbələr