AZ

Samuxda təbliğat-təşviqat kampaniyasına uğurla start verilib

6 yanvar  2025-ci il  tarixdə  Samux  rayonunda  25 yanvar  2025-ci il tarixdə  Azərbyacan Respublikasında  keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar  təbliğat-təşviqat kampaniyasına start verilib.  Yeni Azərbaycan Partiyası (YAP) digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirir.

Bu fəallıq Samuxda  da xüsusi olaraq seçilir. Belə ki, bələdiyyə seçkilərində iştirak üçün YAP Samux rayon təşkilatı Samux ərazisi üzrə bələdiyyələrin tərkibində mövcud olan ümumilikdə 88 yerə 88 nəfər partiya fəalının namizədliyini irəli sürüb və onların hər birinin namizədliyi qeydə alınıb.

Eyni zamanda,  Seçki Qərargahının üzvləri,  həmçinin partiyanın rayon təşkilatının fəalları rayonun seçki məntəqələrinin ərazisində qurulmuş təşviqat lövhələrinə YAP tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərin vahid formada hazırlanmış plakatlarını vurublar.

Seçilən
68
yeniazerbaycan.com

1Mənbələr