AZ

"Borussiya"nın futbolçusu İngiltərə klubuna keçə bilər

"Borussiya"nın futbolçusu Donyell Malen "Aston Villa"ya keçmək üçün şifahi razılıq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Ben Jacobs məlumat yayıb.

Məlumata görə, Dortmund klubu 25 yaşlı futbolçusu üçün 30 milyon avro tələb edir, lakin "Aston Villa" bu məbləği ödəməyə hazır deyil.

Klublar arasında müqavilənin hələ razılaşdırılmadığı bildirilir.

Bu mövsüm Malen bütün turnirlər daxil olmaqla 20 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Malenin "Borussiya" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Seçilən
42
operativmm.az

1Mənbələr