Bakı, 6 yanvar, AZƏRTAC
Yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib. Onun sözlərinə görə, beynəlxalq yarışda Azərbaycan daxil olmaqla 25 ölkə iştirak edəcək.
Bunlar Türkiyə, Avstriya, Avstraliya, Andorra, Bolqarıstan, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İran, İspaniya, Fransa, Çin, Kanada, Çexiya, Norveç, Niderland, Polşa, ABŞ, Sloveniya, İsveçrə, Qazaxıstan, Slovakiya və Qətərdir.
Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.