AZ

Vətəndaşlarının təhlükəsizliyinin müdafiəsində Azərbaycanın qətiyyətli mövqeyi – ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipajheyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri iləgörüşündəki nitqində hər bir vətəndaşın Azərbaycan üçün qiymətliolduğunu dilə gətirərək, dövlətin daima öz vətəndaşlarınınarxasında olduğunu bildirdi. Bu hər bir vətəndaşın öz dövlətinəgüvənməsi baxımından mühüm mesaj və Azərbaycan dövlətinin özvətəndaşının qəhrəmanlığına verdiyi qiymətin göstəricisi idi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı HikmətBabaoğlu deyib.

Deputat bildirib ki, qəzadan sonra əldə olunan ilkin məlumatlarondan ibarətdir ki, təyyarə vurulub:

“Bu, Rusiya Federasiyası nümayəndələrinin məsuliyyətsizliyiüzündən baş verib. Ona görə də hadisə ilə bağlı bütün məsuliyyətonların üzərinə düşür. Prezident İlham Əliyev bir daha bunuvurğulayaraq, konkret olaraq bu qəzanın törədilməsinə görəkimlərinsə mütləq cavab verməli olduğu qətiyyətini nümayiş etdirib.Bu da, əlbəttə ki, həlak olan vətəndaşlarımıza bir ehtiram vəAzərbaycan dövlətinin tam gücü ilə öz vətəndaşına sahib çıxmasınıngöstəricisidir.

Hadisədən dərhal sonra Rusiya Federasiyasının bəzi subyektlərihadisəni manipulyasiya etdilər. Yanlış informasiyalarla hadisəninobyektiv tədqiq olunmasının qarşısını almağa çalışdılar. Prezidentİlham Əliyev qeyd etdi ki, ona görə biz hadisənin DövlətlərarasıAviasiya Komitəsində araşdırılmasından imtina etdik.

Çünki onun obyektivliyinə inanmırdıq. Bu da Azərbaycandövlətinin qətiyyətidir. Əgər bizim vətəndaşımıza qarşı hər hansıcinayət kiminsə məsuliyyətsizliyi və yaxud digər səbəbdən başveribsə, mütləq bu məsələ aydınlaşdırılmalıdır. İnsanların ölümünəsəbəb olan cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Ona görəPrezident İlham Əliyev dedi ki, “qara qutu”lar məhz Braziliyayagöndərildi”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti öz prinsipialmövqeyindən əl çəkməyəcək:

“Araşdırmalar sona çatdıqdan, “qara qutu”lar tam oxunduqdansonra mütləq bu məsələyə yenidən qiymət veriləcək. Təyyarənintəhlükəsizliyinin Rusiya aviaməkanında nəyə görə təminolunmadığının səbəbləri aydınlaşdırılacaq və buna yenidən qiymətveriləcək.

Prezident İlham Əliyevin bu görüşü, ilk növbədə, Azərbaycanvətəndaşları üçün onların dövlət tərəfindən qiymətləndirilməsibaxımından çox vacib idi. İkinci məsələ isə, Prezident İlham Əliyevqəzanın nə üçün baş verdiyi məsələsində öz prinsipial mövqeyini birdaha qeyd etdi. Həm dünya mətbuatının Azərbaycan təyyarəsininekipaj üzvlərinin qəhrəmanlığından yazdığını qeyd etdi, həm də buməsələnin dünya mediasının diqqət mərkəzində olduğuna toxundu.

Prezident İlham Əliyev mesaj verməyə çalışırdı ki, heç bir haldaheç bir kəs baş vermiş hadisəni ört-basdır etməyə cəhd göstərməsin.Azərbaycan dövləti vətəndaşlarının hüquqlarının qorunması və onlaraqarşı cinayət törədənlərin cəzalandırılması məsələsində özprinsipial mövqeyindən əl çəkməyəcək”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatıCeyhun Məmmədov qəzadan sonra bir sıra addımlarınatıldığını dilə gətirib:

“Prezident İlham Əliyev səfərini yarımçıq qoyaraq Azərbaycanaqayıtdı, təyyarədə göstərişlər verdi, hava limanında müşavirəkeçirdi. Bir çox addımlar atıldı. Pilotlarımız təltif edildilər.Biz bir daha Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını necəyüksək səviyyədə müdafiə etdiyinin şahidi olduq, ölkə rəhbərininqətiyyətini gördük”.

Deputat bildirib ki, bugünkü qəbulda Prezident İlham Əliyev çoxvacib, önəmli, olduqca həssas məsələlərə toxunub:

“Azərbaycan yenə də öz prinsipial mövqeyini ortaya qoyur.Azərbaycan bir daha ciddi şəkildə tələb edir ki, bu cinayətitörədənlər cəzalandırılmalıdır. Azərbaycan qətiyyətli dövlət kimibu məsələdə də mövqeyini irəli sürür. Cinayətkarlar mütləq şəkildəcəzalandırılmalı, bu məsələyə görə hesabat verməlidirlər”.

Ceyhun Məmmədov Rusiya tərəfinə irəli sürülən tələblərdən dədanışıb:

“Təəssüflə qeyd etmək lazımdır ki, bu bizə qarşı açıq-aydıntörədilmiş cinayət hadisəsidir. Biz heç bir halda bu məsələ iləbarışa və geri çəkilə bilmərik. Burada başqa bir yanaşma, mövqedənsöhbət gedə bilməz.

Azərbaycan öz mövqeyini sonadək müdafiə edir və gələcəkdə dəedəcək. Rusiya tərəfi mütləq cinayətkarları cəzalandırmalı, onlarlabağlı addımlar atmalıdır. Biz bunu Rusiya tərəfindən gözləyirik.Bu, Azərbaycanın haqqı, hüququdur. Azərbaycanın belə bir tələbirəli sürməsi də təbiidir. Rusiya Azərbaycanın mövqeyini nəzərəalmalıdır”.

Seçilən
42
az.trend.az

1Mənbələr