AZ

İranla bağlı dönüşü olmayan nöqtəyə yaxınlaşırıq - MAKRON

Ajans.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"İranın nüvə proqramının sürətlənməsi bizi kritik nöqtəyə yaxınlaşdırır", - Fransa lideri vurğulayıb.

Makron Fransa səfirlərinə müraciətində İranın nüvə texnologiyası ilə bağlı dönüş nöqtəsinə yaxınlaşdığını bildirib. Siyasətçi Tehranı Fransa, Avropa, Yaxın Şərq və uzaq ölkələr üçün əsas strateji və təhlükəsizlik problemi adlandırıb. O əlavə edib ki, İranın nüvə proqramı məsələsi ABŞ -nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası ilə dialoqda prioritet olacaq.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken ilk dəfə olaraq İranla nüvə proqramı üzrə dialoqun bərpasına icazə verib. Onun fikrincə, danışıqların bərpası perspektivi var.

Seçilən
35
6
Ajans.az

5Mənbələr