AZ

Gənc yaşda xəstəlikdən vəfat edən məşhurlar - Xərçəng, ürək tutması...

Xərçəng xəstəliyindən vəfat edən Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümündən 1 il ötür. Sənətçi 48 yaşında Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib.

BEYLER.jpg

Musavat.com gənc yaşda xəstəlikdən həyatını itirən məşhurların siyahısını hazırlayıb.

Ötən gün aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.

HEKAYE.jpg

Böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanıb, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilib. Mərhum ötən gün süni nəfəs aparatından ayırılıb.

Anar Nağılbaz - reper ürəktutmadan 44 yaşında vəfat edib.

NAGİL.jpg

“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən vəfat edib.

TUNZALE.jpg

Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun ölümünə səbəb ürəyində yaranan problem olub. O, 40 yaşında dünyadan köçüb.

NAHİD.jpg

Aşıq Azər Xanlaroğlu 35 yaşında hepatitdən vəfat edib.

XANLAR.png

Tanınmış rejissor Şahin Zəkizadə xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır. O, 38 yaşında dünyadan köçüb.

SAHİN.jpg

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli 48 yaşında infarktdan həyatını itirib.

SAHİN

2023-cü ildə insult keçirib, ağır ürək problemləri ilə üzləşən meyxanaçı Xəyyam Əhmədli qəfil vəfat etdi.

XEYYAM.jpeg

Tanınmış aparıcı Natavan Babayeva onkoloji xəstəlikdən 45 yaşında həyata gözlərini yumub.

NATAVAN.jpg

Könül İbrahim
Musavat.com

Seçilən
59
1
musavat.com

2Mənbələr