AZ

Ruben Amorim MY-də komandadaxili fəsadlardan danışdı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın komandadaxili fəsadı haqda söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Yunayted”də hər kəs özünü həddindən çox sakit hiss edir, bizim silkələnməyə ehtiyacımız var. Mən bunu yaratmağa çalışıram, hər bir xüsusda oyunçulara meydan oxuyuram. Biz ardıcıl üç oyunda evdə uduzmuşuq, bəzi oyunlarda isə heç nə etmədən məğlub olmuşuq”, deyə Ruben Amorim vurğulayıb.

20 oyundan 23 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasına 19 oyundan 46 xalla “Liverpul” başçılıq edir.

Seçilən
65
25
arena.az

10Mənbələr