NBA-da son oyunlardakı uğursuz nəticələrdən sonra "Finiks Sanz"ın soyunub-geyinmə otağı qarışıb.
İdman.biz xəbər verir ki, klub rəhbərliyi iki basketbolçunun əsas heyətdən uzaqlaşdırıb.
Komandanın əsas üzvlərindən Yusuf Nurkiç və Bredli Bilin növbəti oyunda startında yer almayacaqları xəbərləri yayılıb. Ardıcıl 4 qarşılaşmada uduzan Finiks təmsilçisinin heyətində basketbolçular arasında anlaşılmazlıq yanaşıb.
Qeyd edək ki, Qərb konfransında 12-ci pillədə qərarlaşan "Finiks" sabah "Filadelfiya"nın qonağı olacaq.
İdman.biz