2 yanvar 2025-ci ildə dünyasını dəyişən məşhur sənətçi Ferdi Tayfurun Antalyada müalicə aldığı xəstəxanada olduğu Marmarisdəki evi görüntülənib.
Medianews.az xəbər verir ki, mərhum sənətçi dənizkənarı evində bacısı və bacısının oğlanları ilə sakit həyat sürüb.
79 yaşında dünyasını dəyişən Ferdi Tayfur 2024-cü ildə səhhətində ciddi problemlər yarandıqdan sonra xəstəxanaya yerləşdirilib. İlk olaraq Muğlada müalicə altına alınan Ferdi Tayfur daha sonra təcili yardım yardım təyyarəsi ilə Antalyaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq sənətçi dünyasını dəyişib.
Məlumat üçün ki, Ferdi Tayfur təkcə musiqi və kino sahəsindəki uğurları ilə deyil, həm də mülkləri ilə diqqət çəkib. Marmarisdə hovuzlu villa almaqla başlayan sənətçinin İstanbulda 6 villası və 30 mənizili var. Eyni zamanda Adana şəhərində 50 mənzili var. Tikinti sektorunda da ortaqlıqları olan Ferdi Tayfurun sərvətinin və investisiyalarının dəqiq məbləği hələlik məlum deyil.
Medianews.az