AZ

Fransada fermerlər ayağa qalxdılar, qonşu ölkələrə gedən yollar bağlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada fermerlər aksiya keçirirlər. Onlar Parisin yaxınlığında İspaniya sərhədinə gedən yolu traktorlarla bağlayıblar.
Oxu.Az-ın BFMTV telekanalına istinadla verdiyi məlumata görə, bu barədə fermerlərin Həmkarlar İttifaqı xəbər yayıb.
Bildirilib ki, bundan başqa Parisin şərqində Almaniya sərhədinə gedən RN4 yolunda da nümayiş keçirilir.
Həmkarlar ittifaqları ölkəyə məhsul idxalına nəzarətin gücləndirilməsini tələb edirlər. Fransalı fermerlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Parisə girişi bağlayacaqları barədə ultimatum veriblər.
Həmkarlar ittifaqları Fransa baş naziri Fransua Bayru və kənd təsərrüfatı naziri Anni Jenevar ilə görüş baş tutmasa, fermerləri Parisi "bağlamağa" çağırır.
Eyni zamanda, "Kənd Koordinasiyası"na üzv olmayanlar da bütün fermerlərlə birləşməyə çağırılıblar.
Seçilən
80
1
oxu.az

2Mənbələr