AZ

New Atlas: Xərçəng hüceyrələri iki aminturşusunun çatışmazlığı zamanı özlərini məhv edə bilərlər

New

Şimali Kaliforniya və Kolumbiya Universitetinin alimləri, rasiondan sistein və metionin aminturşularının çıxarılmasının xərçəng hüceyrələrinin öz-özünü məhv etmə prosesini başladığını müəyyən ediblər. Bu barədə "New Atlas" nəşri məlumat yayıb.Tədqiqatçılar beynin ən aqressiv xərçəng növlərindən biri olan glioblastomanın öyrənilməsinə diqqət yetiriblər. Heyvanlar üzərində aparılan eksperimentlər zamanı müəyyən edilib ki, müəyyən aminturşularının az miqdarda olduğu pəhriz şiş hüceyrələrinin öz-özünü məhv etməsinə və kimyaterapiyanın effektivliyinin artmasına səbəb olur. Burada söhbət sistein və metionin kimi kükürd tərkibli amin turşularından gedir. Bu maddələr buğda, yulaf lopası, paxlalılar, ət, balıq və yumurta kimi qidalarda mövcuddur.Bu yanaşmadan istifadə edilməsi eksperiment çərçivəsində toksik kimyaterapiya preparatlarının dozasını azaltmağa və beləliklə, xəstələr üçün yan təsirləri minimuma endirməyə imkan verib. Bu kəşf, xərçəngin müalicəsində daha təhlükəsiz və effektiv metodların işlənib hazırlanması perspektivlərini açır, hansı ki, orqanizm xəstəliklə mübarizədə özü də iştirak edir.Hazırda alimlər glioblastoma xəstəliyindən əziyyət çəkən insanlar üçün bu metodun effektivliyini qiymətləndirmək məqsədilə klinik sınaqlara artıq başlayıblar. Lakin tədqiqatçılar xəbərdarlıq edirlər ki, belə kəşflərin effektivliyinin qiymətləndirilməsi və tətbiqi prosesi illər ala bilər.Səidə Mustafa

Diqqət Çəkənlər

Reuters: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları neft tankerlərini əhatə edəcək

COVID-19-un zülalları illərlə beyində və kəllə sümüklərində toplanır - Alimlər

Guardian: Təxminən 40 milyon insan antibiotiklərə rezistentlik səbəbindən həyatını itirə bilər

Seçilən
42
ulusum.az

1Mənbələr