ABŞ-də küçənin ortasında dava zamanı keçmiş futbolçu Qladior Kveşia iki uşaq anası Hailea Soaresi havaya qaldıraraq yerə yıxıb.
Medianews.az xəbər verir ki, magistral yolda avtomobili ilə təhlükəli manevrlər edən Kveşia qəfil əyləci basaraq qəzaya səbəb olub.
Daha sonra Kveşia avtomobildən düşərək gənc qadına hücum edib. Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs əvvəlcə qadının avtomobilinin damına vurub, daha sonra onu havaya qaldıraraq yerə çırpıb.
Gənc qadın ayağı və dizinin sınığı, göz yuvasının ciddi zədələnib. Xəstəxanaya çatdırılan qadının başına 8 tikiş vurulub.
Futbol karyerasına 2017-ci ildə Amerika Beynəlxalq Kollecində başlayan və əyalət miqyasında uğur qazanan Kveşia həbs edilib. Bədən xəsarəti yetirmək, əmlaka ziyan vurmaq, vəsiqəsi olmadan avtomobil idarə etmək və təhlükəli silahla basqın etməkdə təqsirli bilinən şübhəlinin girov məbləği 2500 dollar müəyyən edilib.
Medianews.az