1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yapon polad şirkəti "Nippon Steel" və amerikalı həmkarı "U.S. Steel" ilə birgə ABŞ Prezidenti Co Bayden və onun administrasiyasına qarşı iki korporasiya arasında sövdələşməni əngəlləmək qərarına görə birgə məhkəmə iddiası qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətlərin dərc olunmuş birgə bəyanatında deyilir.
Qeyd olunur ki, iki iddia qaldırılıb - Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsində və Pensilvaniya Rayon Məhkəməsində. Şirkətlər Baydenin qərarını "qanunsuz siyasi müdaxilə" hesab edirlər.
Bu, ilk dəfədir ki, böyük bir yapon şirkəti ABŞ prezidentini məhkəməyə verir.