Türkiyənin hərbi-sənaye şirkəti “Roketsan” 2024-cü ilin dekabr ayının sonunda özünün ALKA lazer silah sisteminin (DEWS) sınağından video paylaşıb.
“Sınaq atışları zamanı ALKA müxtəlif məsafələrdə yerləşən hava və yer təhdidlərini hədəfə alıb və məhv edib. Sistem hədəflərə qarşı üstünlüklərini nümayiş etdirib”, – Roketsan X (Twitter) səhifəsində yazır.
Bu sistemin həm adi FPV pilotsuz təyyarəsini, həm də sabit qanadlı PUA-nı havada məhv edə bildiyi bildirilir. Yerdə isə əldəqayırma partlayıcı qurğu və başqa maraqlı bir şey var. “Defence Express” bildirir ki, bu lazer 10 mm reaktiv zirehləri “yandıra” bilib. Eyni zamanda, ekspertlər vurğulayırlar ki, bu halda “standart” imkanlar haqqında danışmağa ehtiyac yoxdur – bu, sadəcə potensialın nümayişidir. Gələcəkdə sistemin modernləşdirilməsi və təkmilləşdirilməsi mümkündür.
Bu lazer sistemi üzərində iş on ildən artıqdır ki, 2010-cu illərdən etibarən aparıldığı güman edilir. O, ilk dəfə 2019-cu ildə IDEF-də təqdim edilib. “ALKA-nın əsas silahı 1 km-ə qədər məsafədə dronları vura bilən lazer stansiyasıdır” – materialda deyilir.
//Samir Qurbanov, Editor.az