İngiltərə Premyer Liqasının (İPL) 20-ci turu çərçivəsində dünən keçirilən matçda səfərdə "Liverpul"la 2:2 hesablı heç-heçə edən "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Mətbuatın gözlədiyi ilə meydanda gördüklərimiz çox fərqləndi. Mən daha çox başqa oyunlara görə hirslənirəm, çünki hələ də çox şeyi başa düşə bilmirəm. Problem sistemdə, texnikada deyil, mənə də qaranlıq olan müəyyən digər məsələlərdədir. Çətin durumdayıq. Bu vəziyyətdən çıxmaq üçün çox işləməliyik. "Liverpul"la oyunda rəqabətədavamlı komanda təsiri bağışlamağımız gələcək baxımından həlledici faktordur. Oyundan razı, nəticədən narazıyam və söylədiyim kimi, digər matçlara görə çox, lap çox əsəbiyəm".
Nihat