AZ

"ROOF Academic Training" işçi axtarır - VAKANSİYA

ROOF Academic Training

İnsan resursları üzrə Mütəxəssis

Son tarix 06 fev 2025 - Müraciət et

İş şəraiti:

  • Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq və ya razılaşma yolu ilə
  • İş rejimi: Rəsmi, Tam-ştat 6 gün.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinə uyğun HR siyasətini hazırlamaq və həyata keçirmək;
  • Performansın idarəolunması və qiymətləndirilməsi sisteminin təşkili və tətbiqi prosesinə həyata keçirmək;
  • Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı təşəbbüslər;
  • Kadr planlamasını təşkil etmək, istehsalat proseslərində lazımi işçi resurslarının təminatını planlaşdırmaq və idarə etmək;
  • Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
  • Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili, müsahibə aparma (recruiting) bacarıqları;
  • Şirkət daxilində nizam-intizam qaydalarına nəzarət və həll yollarının təmin edilməsi;
  • İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlanması, optimallaşdırılması və avtomatlaşdırılması;
  • İR məlumat bazalarından istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;

Tələblər:

  • İnsan Resursları idarəçiliyi sahəsində ən azı 1illik idarəetmə təcrübəsi;
  • Əmək qanunvericiliyi ilə bağlı biliklər;
  • MS Office və HR idarəetmə sistemlərində təcrübə;
  • Sahə üzrə müvafiq təhsil və ya ixtisaslaşma üzrə sertifikatlar;

Xüsusi bacarıqlar:

  • Liderlik qabiliyyəti: Komanda idarəetməsi və qərar qəbul etmədə effektiv olmaq.
  • Ünsiyyət bacarığı: Aydın və dəqiq ünsiyyət qurmaq, dinləmə bacarığına sahib olmaq.
  • Problemlərin həlli: Gərgin iş şəraitində tez və səmərəli həll yolları təklif etmək.
  • Strateji düşüncə: Geniş perspektivdən baxaraq uzunmüddətli HR strategiyaları hazırlamaq.
  • Dəyişikliklərə uyğunlaşma: Dinamik iş mühitində çeviklik və innovativ yanaşma göstərmək.

Müraciət etmək üçün:

  • Müraciət Et bölməsindəki link-ə daxil ola bilərsiniz.
Seçilən
27
fed.az

1Mənbələr