AZ

Dmitri Medvedyev Volodimir Zelenskidən qisas almağa çağırıb

Amerikalı podkaster Leks Fridmana müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenski ölkəsin hücum etdiyinə görə nə Rusiya rəhbərinə, nə də rus xalqına hörmət etmədiyini bildirib.

Söhbətdə “Rusiya Federasiyasının xalqına hörmətsizlik” haqqında da sözlər olub.

Buna cavab olaraq Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusları Zelenskidən qisas almağa çağırıb. “Gücsüz bir məxluq, müharibə edən ölkələr arasında standart siyasi düzgünlük qaydalarını pozub. Siz rejimi təşkil edən elitaya mənfi qiymət verə bilərsiniz, ordunu, rəhbərliyi, partiyaları, biznesləri lənətləyə bilərsiniz. Lakin bütün insanları deyil. Hətta nasist Almaniyasıda da belə deyildi”, – deyə o, Rusiya sosial şəbəkəsində yazıb.

Medvedev deyib ki, ölkələr bir-birinə qarşı müharibə aparsa belə, bütün xalqa nifrət etmək mümkün deyil. “O (Zelenski) “bütün rus xalqına xor baxdığını” bəyan etdi. Aydındır ki, “bütün rus xalqı da ona xor baxır”. Bundan sonra bizim xalqın vəzifəsi bu adamı “bander Ukraynası”nın prezidenti vəzifəsindən kənarlaşdırmala bitməməlidir”, – Medvedyev əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr