"Barselona" və "Atletiko"nun sabiq futbolçusu David Vilya hazırkı ÇL-in mümkün qalibi haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə "Barca Universal" X sosial şəbəkəsində (əvvəlki "Twitter") paylaşım edib. O deyib:
"İstəyərdim ki, Çempionlar Liqasının qalibi "Atletiko" və ya "Barselona" olsun. Amma bu, çətin turnirdir və bu turnirdə çoxlu həlledici məqamlar olur. Hazırda "Liverpul" güclüdür".