Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Gürcüstanla sərhədə sürətli dəmir yolu layihəsinin tikintisinə tezliklə başlanılacağını açıqlayıb.
O qeyd edib ki, Samsun-Trabzon-Sarpi yolu layihəsi Ankara ilə ölkənin Qara dəniz regionu ilə Gürcüstan arasında dəmir yolu əlaqəsini təmin edəcək. Ərdoğan dəmir yolunun Trabzon, Rizə və Artvin şəhərlərini birləşdirəcəyini bildirib. O əlavə edib ki, bunu “respublika nəqliyyat nazirinin gözünün içinə baxaraq” deyir. Layihə tamamlandıqdan sonra Ordu, Giresun, Trabzon, Rizə və Artvin şəhərləri Samsunda başlayacaq yol ilə bir-birinə bağlanacaq. Tezliklə tikinti işlərinə başlanılacaq.
Onu da əlavə edək ki, yüksəksürətli dəmir yolunun uzunluğu 509 km olacaq. O, ildə 10 milyon insana xidmət göstərə biləcək.
//Samir Qurbanov, Editor.az