AZ

Azərbaycanlı hakim avrokubok oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev növbəti avrokubok təyinatını alıb. 

Fanat.Az xəbər verir ki, o, CEV kubokunun pley-off mərhələsi çərçivəsində qadınlar arasında "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.

Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq.

Qarşılaşmanın digər hakimi Aqnes Batkai-Katona (Macarıstan) olacaq. 

Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.

Seçilən
44
fanat.az

1Mənbələr