AZ

Türkiyə 2026-cı ildə milli 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır

Bakı. Trend:

Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitə (5G) xidmətiniistifadəyə verməyi nəzərdə tutur.

Trend xəbər verirki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetininiclasından sonra xalqa videomüraciətində bildirib.

“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılmasıçərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilksiqnalını alacağıq,” - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu isə daha əvvəlölkədə 5G şəbəkələrinin sınaqlarına başlandığını açıqlamışdı. Onunsözlərinə görə, İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla,30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.

Hazırda Türkiyədə mobil rabitə istifadəçilərinin sayı 87 milyonayaxındır və onlardan təxminən 81 milyonu 4.5G şəbəkəsindən istifadəedir.

Seçilən
35
3
az.trend.az

5Mənbələr