AZ

Avstriya prezidenti ifrat sağçılara yeni hökumətin qurulmasını tapşırıb

Avstriya prezidenti ifrat sağçılara yeni hökumətin qurulmasını tapşırıb

Avstriya prezidenti Aleksandr Van der Bellen ifrat sağçı Azadlıq Partiyasının lideri Herbert Kiklə yeni hökuməti qurmağı tapşırıb.Bu barədə “Der Standard” xəbər verib.Dövlət başçısının sözlərinə görə, Kiklin vəzifəsi 50 faizdən çox olan hökumətin yaradılması imkanlarını araşdırmaqdır. Van der Bellen bu addımın onun üçün asan olmadığını vurğulayıb.Avstriya prezidenti qeyd edib ki, hökumət müəyyən fundamental prinsiplərə hörmət etməlidir: qanunun aliliyi, hakimiyyət bölgüsü, insan və azlıqların hüquqları, azad və müstəqil media və ölkənin Aİ-yə üzvlüyü.

Seçilən
44
afn.az

1Mənbələr