Yay “transfer pəncərəsi” zamanı “Neftçi”də köklü dəyişikliklər olacaq.
Klub yavaş-yavaş yayda göndəriləcək futbolçularla mümkündürsə, qışda yollarını ayırmağa çalışacaq.
Apasport.az saytına verilən məlumata görə, “Neftçi” daha bir legioneri göndərməyə yaxındır.
Söhbət Rafael Quzzodan gedir. Komandaya yayda cəlb edilmiş braziliyalı “Neftçi”də özünü göstərə bilmir.
Məşqçilər korpusu da bu yarımmüdafiəçini başqası ilə əvəzləmək niyyətindədir.
Lakin onun müqavilə müddəti bu yay yox, 2026-cı il iyunun 30-da başa çatacaq. Bu isə “Neftçi”nin Quzzonun müqaviləsinə xitam verməsinə çətinlik yaradır. Amma tərəflər arasında danışıqlar prosesi davam edəcək. Rafael bu yay komandaya cəlb edilib.
O, “Neftçi”yə qədər “Şaviş”, “Tondela”, “Benfika”B, “Reus”, “Vizela”, “Qoyas” klublarında oynayıb.
Hüseyn Məhəmmədov: "Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq"
Kikboksinq federasiyasında skandal: vitse-prezident saxlanılıb
“Turan Tovuz"un yoxlama görüşünün vaxtı bəlli olub
Vitor Pereyradan “Fənərbaxça”ya maraqlı jest
Juninyo İspaniyaya yola düşür - EKSKLÜZİV