AZ

Fransada terror qorxusu: Təhlükəsizlik tədbirləri gücləndirildi

Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo polis prefektlərinə terror hücumları ehtimalı ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı ayıq-sayıqlığın maksimum dərəcədə artırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram", - deyə agentlik nazirin sözlərindən sitat gətirir.

DİN rəhbəri kütləvi tədbirlər iştirakçılarının yoxlanılmasına cavabdeh olan hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlanmasına xüsusi diqqət yetirilməsi barədə göstəriş verib. Bundan əlavə, nazirin sözlərinə görə, avtomobillərdən istifadə etməklə terror aktlarının qarşısının alınması üçün gücləndirilmiş tədbirlər görmək lazımdır.

Seçilən
97
1
demokrat.az

10Mənbələr