AZ

İtaliya nəhəngi Riççini heyətinə cəlb etməyə yaxındır

"Torino"nun və İtaliya millisinin futbolçusu Samuele Riççi karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır. Mənbə "qırmızı-qaralar"ın Turin klubu ilə danışıq apardığını və bu transferi cari mövsümün sonunda reallaşdırmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Riççi 2022-ci ilin yayından "Torino"dadır.  Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Nihat

Seçilən
37
fanat.az

1Mənbələr