Bakı. Trend:
Yanvarın 6-da Avstriyanın Federal Prezidenti Aleksander Van derBellen parlament seçkilərində ən yüksək səslə qalib gələn AvstriyaAzadlıq Partiyasının (FPÖ) sədri Herbert Kiklə yeni hökumətiformalaşdırmaq üçün mandat verib.
Trend xəbər verirki, bu qərar Avstriya Xalq Partiyası (ÖVP), AvstriyaSosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və LiberalForum (NEOS) arasında aparılan koalisiya danışıqlarının uğursuzluğauğramasından sonra qəbul edilib.
Van der Bellen mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilsentyabrın 29-da keçirilən parlament seçkilərində FPÖ 28,8 faiz səstoplayaraq qalib gəlsə də, parlamentdə təmsil olunan partiyalardanheç biri FPÖ ilə koalisiyaya getmək istəməyib. Buna görə seçkilərdəikinci yer tutan ÖVP (26,2 faiz səslə) hökuməti formalaşdırmaqmandatı almışdı. Lakin ÖVP-nin koalisiya danışıqlarında uğursuzluğuvə yeni rəhbərliyinin FPÖ ilə əməkdaşlığa açıq olması siyasivəziyyəti dəyişib.
Herbert Kikl parlamentdə səs çoxluğuna malik hökumət qurmaq üçüntezliklə danışıqlara başlayacaq. Bu prosesdə ən mümkün tərəfdaş ÖVPhesab olunur. Partiyanın yeni rəhbəri Kristian Ştoker FPÖ-dənkoalisiya təklifi alacağı təqdirdə bunu nəzərdən keçirəcəyiniaçıqlayıb.
Herbert Kikl 1968-ci ildə Avstriyanın Karintiya əyalətindəanadan olub. O, 1995-ci ildən FPÖ-də müxtəlif vəzifələrdə çalışıbvə 2017-2019-cu illərdə Avstriyanın daxili işlər naziri vəzifəsindəolub. 2021-ci ildə partiya sədri seçilən Kikl miqrasiya və Avropaİttifaqı məsələlərində radikal mövqeyi ilə tanınır.