Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 116,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ABŞ dolları və ya 30,1% çoxdur.
Dövr ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,78%-ni təşkil edib.