Bakı. Trend:
Yanvarın 6-da Şimali Koreya ən son hipersəs ballistik raketinisınaqdan keçirib.
Trend xəbər verirki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumatyayıb. Sınaq buraxılışını ölkənin lideri Kim Çen In və ali hərbirəhbərlik şəxsən izləyib.
Kim Çen In buraxılışı şərh edərək bildirib ki, yeni hipersəsraketinin yaradılmasında əsas məqsəd hücum deyil, özünümüdafiədir.O, raketin "dünyanın istənilən raketdən müdafiə sistemini nüfuzetməyə qadir" olduğunu vurğulayıb.
Liderin sözlərinə görə, yeni raket Asiya-Sakit Okean regionundaŞimali Koreyanın təhlükəsizliyinə təhdid yaradan rəqibləriçəkindirmək üçün hazırlanıb. "Bu cür silah sistemi hazırda qlobalmiqyasda yalnız bir neçə ölkədə mövcuddur," deyə Kim Çen In əlavəedib.
Bundan əlavə, Kim Çen In əminliklə bildirib ki, sınaq KXDR-inmüdafiə texnologiyalarının yüksək potensialını, hər hansı təhdidəcavab vermək qabiliyyətini və texnoloji inkişaf tempini nümayişetdirib.
Bu sınaq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək regiondahərbi gərginliyin artması ilə bağlı narahatlıqları artırır.