Bakı. Trend:
ABŞ-ın üç ştatında şiddətli qar fırtınası nəticəsində ən azıdörd nəfər həyatını itirib.
Trend xəbər verirki, bu barədə NBC televiziyası məlumat yayıb.
Kanzas ştatında yolsuzluq avtomobili pis hava şəraitinə görəsürüşərək şossedən çıxıb və qəza nəticəsində iki nəfər ölüb.Missuri ştatında isə qar təmizləyən kommunal işçi ölümcülyaralanıb. Texas ştatında hipotermiyadan ölən bir kişinin cəsədiavtobus dayanacağı yaxınlığında aşkarlanıb.
Bununla yanaşı, ABŞ-da aviasiya sektoru da ağır təsirlənib.FlightAware portalının məlumatına əsasən, qar fırtınası səbəbindən2,2 mindən çox aviareys ləğv edilib.
Şiddətli hava şəraiti ABŞ-ın böyük bir hissəsində nəqliyyatındayanmasına, elektrik kəsintilərinə və gündəlik həyatın pozulmasınasəbəb olub. Fırtına ilə əlaqədar təhlükəsizlik tədbirləriartırılıb.