Yaponiyalı alimlər insanlarda yeni dişlərin böyüməsini stimullaşdırmaq üçün nəzərdə tutulmuş dərman hazırlayırlar.
Bu barədə France 24 yazır.
Yeni dərman implant və protezlərə alternativ ola bilər. Mütəxəssislər əmindirlər ki, diş ətinin tərkibində üçüncü nəsil dişlərin “yatmış rudimentləri” var.
Alimlərin planlaşdırdığı kimi, dərman 2030-cu ilə qədər reseptsiz satışa çıxa bilər. Gəmiricilər üzərində aparılan təcrübə uğurlu oldu – onlar yeni dişlər çıxarmağa başladılar.
Əvvəllər praktiki periodontoloq, stomatoloji klinikanın müdiri, tibb elmləri namizədi Yeganə Mərufidi diş ətinin vəziyyətinin qidaya üstünlük verməsindən və gigiyenadan asılı olduğunu deyirdi.
DOĞRU.AZ