AZ

Bakının bu rayonlarında mənzillər kəskin bahalaşacaq - AÇIQLAMA

Bakı. Trend:

Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrininazlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəbolub.

Bəs bu il mənzil bazarında qiymətlər necəolacaq?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspertRamil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökmsürür.

"Paytaxtda tələb təklifi çox üstələyir. Bu da qiymətlərə təsiredir. Paytaxtda ən çox mənzili ölkəmizdə yaşayan vətəndaşlarlayanaşı, Ukrayna, Rusiya və Belarusda yaşayan həmvətənlərimiz alır.Mənzillərini satmaq istəyənlər isə gözləmə vəziyyətindədirlər.

Belə ki, onlar mənzillərini daha baha satmaq istəyir. Hazırdaköhnə tikili binalarda satışa çıxarılan mənzillərin sayı azdır.Sahəsi 150 kvadratmetrdən artıq olan mənzillər daha çox satışaçıxarılır. Bu da çoxlarının büdcəsinə uyğun gəlmir. Əsas tələbat150 min manata qədər olan mənzillərədir. Belə mənzillər satışaçıxarılan kimi satılır", - o vurğulayıb.

Ekspert qeyd edib ki, bu il mənzil bazarında qiymətlərin 20 faizbahalaşması gözlənilir.

"Hazırda mərkəzə yaxın yerlərdə binanın özülündən mənzilin 1kvadratmetri 2500 manata təqdim edilir. Bu rəqəm keçən il 2000manat idi. Qiymət artımı, əsasən, paytaxtın Nərimanov, Nizami,Yasamal, Xətai və Nəsimi rayonlarında gözlənilir. Bundan başqa,torpaq bazarında qiymət artımı davam edəcək. Qiymət artımının ötənilə nisbətdə 20% bahalaşacağı gözlənilir", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
62
24
az.trend.az

10Mənbələr