AZ

Trampın qalmaqallı bəyanatlarından sonra Danimarka kralı gerbini dəyişdi

500 ildir gerblərdə təsvir edilən rəmz çıxarılıb.

QHT.az xəbər verir ki, Danimarka kralı Frederik X Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mübahisəli bəyanatları fonunda kral gerbini dəyişib. Bəzi tarixçilər bu qərardan şoka düşüblər. 500 il ərzində gerblərdə üç tac var idi - Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu, yeni versiyada onlar Qrenlandiya və Farer adalarını simvolizə edən qütb ayısı və qoç təsvirləri ilə əvəz edilib.

Kral Evi qərarı "birliyin nüfuzunu gücləndirmək" kimi izah edərək, üç tacın şəklini "artıq aktual deyil" adlandırdı.

 

Bildiyiniz kimi, son vaxtlar ABŞ-ın yeni seçilmiş prezidenti başqa ölkələrin əraziləri ilə bağlı bir sıra açıqlamalar verib. Xüsusilə, o, bir neçə dəfə Kanadanın 51-ci ştat olmasını təklif edib, eyni zamanda ölkənin baş naziri Castin Trüdonu ələ salıb. Siyasətçi həmçinin bildirib ki, Amerikanın Qrenlandiya üzərində nəzarətə ehtiyacı var. Tezliklə Danimarka müdafiə xərclərini artırmaq qərarına gəldi.

 

R.İmanov

Seçilən
45
1
qht.az

3Mənbələr