AZ

Pəncab dumanda təslim oldu:Görünmə 50 metrdən aşağı enir

Pakistanın Pəncab əyaləti qatı duman səbəbindən görmə məsafəsi 50 metrdən aşağı düşüb, hava və yerüstü nəqliyyatın hərəkətində fasilə yaranıb.

“İki sahil” xəbər verir ki, səlahiyyətlilər insanları vacib olmayan səyahətlərdən çəkinməyə və nəqliyyat məhdudiyyətlərinə əməl etməyə çağırıb.

Məlumata görə, qatıduman Pakistanın Pəncab əyalətində həyata mənfi təsir göstərib. Səhər saatlarında Lahorda görmə məsafəsi 50 metrdən aşağı düşüb. Bununıa əlaqədar olaraq bir neçə reys gecikdirilib, magistral yol idarəsi əyalətin paytaxtı Lahordan İslamabada gedən magistral yolu bağlayıb.

Polis sürücülərə sürəti artırmamaq və duman əleyhinə işıqları yandırmaq barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər insanları vacib olmayan səyahətlərdən çəkinməyə və yol hərəkəti məhdudiyyətlərinə əməl etməyə çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
69
ikisahil.az

1Mənbələr