Bakı. Trend:
"Milan", "Barselona"nın yarımmüdafiəçisi Dani Olmoya Kataloniyaklubuna qayıtmaq şərti ilə altı aylıq müqavilə təklif edib.
Trend xəbər verirki, bu barədə "Milan Eye" Corriere della Sera-ya istinadən məlumatyayıb.
Mənbənin məlumatına əsasən, "Milan" Olmonun köməyi iləkomandasını gücləndirməyi planlaşdırır. Bu müddətdə Olmo, La Liqadaqeydiyyata alınmasına qoyulan qadağa səbəbindən oyun praktikasıəldə edə biləcək.
Xatırladaq ki, yanvarın 4-də İspaniya Kral Futbol Federasiyası(RFEF) və La Liqa arasında Monitorinq Komitəsi "Barselona"nın DaniOlmo və Pau Viktoru heyətinə daxil etmək istəyini rədd edib. LaLiqanın bu qərarı, maliyyə feyr-pley qaydalarının pozulması iləəsaslandırılıb.
Reqlamentə görə, klublar yeni oyunçuları qeydiyyatdan keçirməküçün maaş limiti daxilində qalmalıdırlar. "Barselona" isə Olmo vəViktoru transfer etmək istəyərkən bu limiti aşmışdı.