Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Key Starmer, amerikalı iş adamıİlon Maskın zorakılıqla mübarizə üzrə müavini Cessika Fillipsəqarşı şəxsi təhqirinə cavab olaraq Britaniya MühafizəkarlarPartiyasının susqunluğunu qəbulolunmaz adlandırıb.
Trend-in “TheGuardian”a istinadən verdiyi məlumata görə, Starmer bu məsələnibrifinq zamanı şərh edib.
Onun fikrincə, Britaniya parlamentarilərinə yönələn təhqirlərəvə zorakılıq hallarına siyasətçilərin səssiz qalmasıqəbuledilməzdir. Starmer xüsusilə, Mühafizəkarlar Partiyasınınlideri Kemi Badenokun bu məsələdə mövqe bildirməməsini kəskintənqid edib: “Bu, yalnız ABŞ və ya İlon Maskla bağlı deyil. Mənbizim ölkəmizdəki siyasətdən bəhs edirəm”, - deyə o,vurğulayıb.
Brifinq zamanı Starmerə Maskın şərhlərinin ABŞ-ın yeni seçilmişprezidenti Donald Tramp administrasiyası tərəfindən birbaşa hücumkimi qiymətləndirilib-qiymətləndirilmədiyi və Ağ Evdən Maskı"sakitləşdirməyi" xahiş etməklə bağlı mövqeyi barədə suallarverilib. Starmer isə əsas narahatlığının Britaniyaparlamentarilərinin zorakılıq və təhqirlərə məruz qalması olduğunubildirib.