Tbilisidə keçirilən nümayişlə əlaqədar olaraq, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. TASS Xəbər Agentliyinin məlumatına görə, mitinqə şəhərin müxtəlif kilsələrindən gələn Milad yürüşü iştirakçılarının da qoşulacağı gözlənilir. Onlar artıq Rustaveli prospektinə doğru hərəkət ediblər.Aksiyanın əsas tələbləri hökumətin istefası, seçki islahatlarının keçirilməsi və ya müəyyən qanunların dəyişdirilməsi ilə bağlıdir.Hökumət rəsmiləri isə aksiyalara müxtəlif reaksiyalar verirlər: bəzən dialoqa açıq olduqlarını bildirir, bəzən isə etirazları sabitliyə təhlükə kimi dəyərləndirirlər. Aksiyani nəzarətdə saxlamaq üçün əraziyə təhlükəsizlik qüvvələri yerləşdirilib.Səidə Mustafa
Diqqət Çəkənlər
Reuters: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları neft tankerlərini əhatə edəcək
COVID-19-un zülalları illərlə beyində və kəllə sümüklərində toplanır - Alimlər
Guardian: Təxminən 40 milyon insan antibiotiklərə rezistentlik səbəbindən həyatını itirə bilər