Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti Mestia bələdiyyəsində Nakra çayında tapılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departamentin açıqlamasında bildirilir ki, yanvarın 5-də təcavüzkarlar Zuqdididən Mestiaya gedən iki xarici vətəndaşı qarət ediblər. Onlar mobil telefonları oğurlayıblar, zərərçəkmişlərdən biri, 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət yetirilib və qanunsuz saxlanılıb. Cinayəti gizlətmək üçün cinayəti törədənlər daha sonra meyiti çaya ataraq yoxa çıxıblar.
“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis hər iki şübhəlini saxlayıb”, - nazirliyin açıqlamasında bildirilir.