AZ

Ağ Ev istefa verən Trüdonu sadiq dost adlandırdı

İstefa verməsini açıqlayan Kanadanın baş naziri Castin Trüdo Amerika tərəfinin sadiq dostu idi. 

Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Baş nazir Trüdo Kanada hökumətinə rəhbərlik etdiyi on il ərzində ABŞ-nin sadiq dostu idi.  G7-də üzv, yaxın müttəfiqlər və qonşular kimi biz ölkələrimizin və dünyanın üzləşdiyi bir sıra məsələlərdə sıx əməkdaşlıq etmişik",- o, qeyd edib.

Jan-Pyer əlavə edib ki, ABŞ-nin hazırkı lideri Co Bayden əməkdaşlığa görə Kanadanın baş nazirinə minnətdardır.

Mətbuat katibi onu da vurğulayıb ki, Ağ Ev Kanadanın baş nazirini və kanadalıları hakim Liberal Partiyasının yeni liderinin seçilməsində və yeni kabinetin formalaşdırılmasında dəstəkləyir.

Qeyd edək ki, Kanada hökumətindəki problemlər Donald Trampın məlum açıqlamalarından sonra başlayıb. ABŞ-nin yeni seçilmiş prezidenti bütün Kanada mallarına 25% rüsum tətbiq edəcəyinə söz verib. Trüdo etiraz etməyə çalışanda isə Tramp qarşı tərəfə söz ataraq Kanadanı Amerikanın 51-ci ştarı etməyi təklif etdi. Eyni zamanda Tramp açıq şəkildə Kanada hökumətinin başçısını “qubernator” adlandırmağa da davam edir. Sanki ölkə artıq ABŞ-nin yeni regionuna çevrilib.

Tural

Seçilən
42
news365.az

1Mənbələr