AZ

2024-cü il Yaponiyada TARİXƏ düşdü - SƏBƏB...

2024-cü ildə Yaponiyada orta temperatur indiyə qədərKİ ən yüksək həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə ölkədə qeydə alınan orta temperatur 1898-ci ildən bəri ilk dəfədir ki, ən yüksək səviyyəyə çatıb.

Müvafiq olaraq, 2024-cü ilin yanvar-dekabr dövründə orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,48 dərəcə yüksək olub. 

Bildirilib ki, il ərzində bütün ölkə üzrə mövcud olan ən yüksək temperatur iyulun 29-da Toçiqi əyalətində 41 dərəcə olub.

Əli Hüseynov

Seçilən
38
bakivaxti.az

1Mənbələr