Türkiyə onu əhatə edən üç dənizdə eyni vaxtda təlimlərə başlayır. “Mavi Vətən 2025” təlimi üçün bütün hazırlıqlar tamamlanıb.
Hafta.az-ın yazdığına görə, bu gün start veriləcək təlim 10 gün davam edəcək. Təlimdə Dəniz Qüvvələrinin 90 gəmisi, 50 hava elementi və 20 min əsgər iştirak edəcək. Təlimə Quru və Hərbi Hava Qüvvələrinin bəzi təyyarələri də qatılacaq.
Təlimin məqsədi Hərbi Dəniz Qüvvələri elementlərinin əməliyyat, dispetçer və idarəetmə effektivliyinin qiymətləndirilməsi, elementlərin döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi, quru və hava qüvvələri elementləri ilə birgə işləmək bacarığının artırılması kimi açıqlanıb.
Təlimdə Quru Qoşunları Komandanlığından ümumi təyinatlı və CH-47 helikopterləri, Hərbi Hava Qüvvələri Komandanlığından hücum təyyarələri, havadan xəbərdarlıq və nəzarət təyyarələri, hədəf yedək təyyarələri və 6 Sahil Mühafizə Komandanlığının kateri də iştirak edəcək.
Təlim çərçivəsində yanvarın 7-8-də əməliyyata hazırlıq tədbirləri həyata keçiriləcək. Yanvarın 9-da Marmaris Aksaz Dəniz Bazasında görkəmli müşahidəçi günü reallaşacaq.
10-11 yanvar tarixlərində liman səfərləri və logistik inteqrasiya tədbirləri keçiriləcək. Yanvarın 12-13-də əməliyyat hazırlığı və faktiki silah hazırlığı davam etdiriləcək. 14-16 yanvar tarixləri arasında çox təhlükəli bir mühitdə əməliyyat tədbirləri həyata keçiriləcək.
Təlim çərçivəsində yerüstü atəşləri, hava hücumundan müdafiə atəşləri, sualtı torpedo atəşləri, dəniz hava elementlərinin MAM-C, MAM-L və artilleriya raket atəşləri, Tuzla sinif patrul gəmilərinin su bombası və DHS raket atışları həyata keçiriləcək. Bundan əlavə, elektron müharibə ssenariləri icra olunacaq.