Sosial Xidmətlər Agentliyi yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 10 milyon 490 min 850 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 20 fevraldır.
Əvəz Həsənov