AZ

"Ankaragücü"nün 17 yaşlı azərbaycanlı futbolçusu: "Legioner həyatı yaşamağa davam etmək istəyirəm"

"Bu yaşda legioner həyatı yaşadığım üçün çox xoşbəxtəm".

"Operativ Media" "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərovun müsahibəsini təqdim edir:

- 17 yaşından legioner həyatı yaşamaq necə bir təcrübədir?

- Mənim üçün ölkədən kənarda oynamaq böyük bir təcrübədir. Bu yaşda legioner həyatı yaşadığım üçün çox xoşbəxtəm.

- Uzun müddətdir "Ankaragücü" klubunun əsas komandası ilə oyunlara çıxmırsınız. Ehtiyat oyunçular skamyasında qalmaq sizə psixoloji olaraq necə təsir edir?

-  Hal-hazırda ehtiyatda qalmağı normal qarşılayıram. Bunun normal olduğunu düşünürəm. Mənə nə vaxt şans verilərsə ən yaxşı şəkildə dəyərləndirməyə çalışacağam.

- Komandanıza yeni baş məşqçi təyinatı baş tutdu. Onunla söhbətiniz olub? Sizinlə bağlı planları nədir?

- Bəli komandamızda yeni baş məşqçi təyinatı baş tutdu. Bəli, onunla söhbət etmək fürsətimiz oldu. Hər şeyin daha yaxşı olacağını bildirdi. Mənə də şans verəcəyini söylədi.

- Sizin üçün klubunuza hər hansi transfer təklifi gəlibmi? Daha çox oynaya biləcəyiniz bir kluba keçmək fikriniz varmı?

- Bununla bağlı bir şey söyləmək istəmirəm. Hər şeyi zaman göstərəcək.

- Azərbaycandan təklif gələrsə, dəyərləndirməyi düşünürsünüz?

- Xeyr. Belə bir düşüncəm yoxdur. Legioner həyatı yaşamağa davam etmək istəyirəm.

- Renat Dadaşovla eyni komandada çıxış edirsiniz. Onunla münasibətiniz necədir?

- Renat Dadaşovla münasibətlərim yaxşıdır. O, çox yaxşı biridir. Onunla biri-birimizi çox yaxşı başa düşürük. Mənə çox kömək olur.

- Azərbaycan U-19 yığmasının son oyunda 2 qol vursanız da qələbə qazana bilmədiniz. Millimiz 3 oyundan sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. Ümumi olaraq millinin şanslarını necə dəyərləndirirsiniz?

- Əksər oyunları çox yaxşı keçirtdik. Çox oyunda üstünlük bizim tərəfdə idi. Təəssüf ki, fərdi səhvlərdən çoxlu qollar buraxdıq. Qrupdan çıxma şansımız var idi.

Seçilən
36
operativmedia.az

1Mənbələr