AZ

General dünyanın maraqla gözlədiyi səfəri təxirə saldı

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və Avropanın digər paytaxtlarına planlaşdırılan səfərini yanvarın 20-də Trampın andiçmə mərasimindən sonraya təxirə salıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" dörd məlumatlı mənbəyə istinadən yazıb.

Agentlik dekabr ayında məlumat vermişdi ki, müharibənin dayandırılması səyləri çərçivəsində istefada olan general-leytenant yanvarın əvvəlində Kiyevə getməyi və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır.

Onun komandası, həmçinin Kelloqun Avropa liderləri ilə görüşlər planlaşdırdığı Roma və Parisə səfərlər təşkil etmək üzərində işləyirdi. O,bu səfərlərində Moskvaya getməyi planlaşdırmırdı.

"Reuters" mənbələrinin məlumatına görə, Kelloq Tramp vəzifəyə gəldikdən sonra Ukraynaya səfər edəcək. Səfərin tarixi hələ müəyyən edilməyib. Səfərin təxirə salınmasına qərar verilməsinin səbəbləri də məlum deyil.

Agentlik yazır ki, nə Kelloq, nə də Ukraynanın Vaşinqtondakı səfirliyi məsələyə şərh verib.

Xəzər

"Cebheinfo.az"

Seçilən
47
cebheinfo.az

1Mənbələr