AZ

Qəzzalı uşaqlar müharibənin bədəlini CANLARI ilə ödəyir - ÜST

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada baş verənlərlə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, hadisələrdə acınacaqlı duruma düşən uşaqlarla bağlı "X" platformasında paylaşım edib.

2024-cü ilin dekabrında Qəzzada doğulan körpələrdən 7-nin hipotermiya səbəbiylə öldüyünü və daha çoxunun təhlükə altında olduğunu vurğulayan ÜST rəhbəri qeyd edib: 

 "Hər uşaq sağlam və təhlükəsiz həyata başlamağa layiqdir. Ancaq Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər".

Qebreyesus paylaşımında Qəzzada atəşkəs çağırışını təkrar edib.

Əli Hüseynov

Seçilən
31
bakivaxti.az

1Mənbələr