Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,60% artaraq 79,48 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti 79 dollar təşkil edib.
Son iki həftə ərzində Azərbaycan neftinin qiyməti 5,22 ABŞ dolları və ya 7,02% bahalaşıb. Dekabrın 24-də dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 74,26 ABŞ dolları olub.
Valyuta.az